ABŞ bu ölkə vətəndaşlarının bütün vizalarını ləğv edir

ABŞ bu ölkə vətəndaşlarının bütün vizalarını ləğv edir
06 Apr 2025 14:56

ABŞ Dövlət Departamenti Cənubi Sudan hökumətini “ABŞ-dan istifadə etməkdə” günahlandırıb və bu ölkə vətəndaşlarının vizalarının ləğvi üçün hazırlıqlara başlayıb.

Bu barədə təlimatı Dövlət katibi Marko Rubio verib.

“Ölkəmizin immiqrasiya qanunlarının tətbiqi ABŞ-ın milli təhlükəsizliyi və ictimai təhlükəsizliyi üçün çox vacibdir. Başqa bir ölkə deport edilən vətəndaşlarını vaxtında qəbul etməlidir”, – Rubionun bəyanatında qeyd olunub.

Bildirilib ki, Cənubi Sudan bu prinsipə əməl etməyib.

Bəyanatda deyilib ki, Cənubi Sudan tam əməkdaşlıq etdikdən sonra hazırkı qərara yenidən baxılacaq.


Sizin reklam burada
Sizin reklam burada