Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur.
News365.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunacaq.