ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi mövzusunda diqqət çəkən açıqlamalar verib. Associated Press agentliyinin yaydığı məlumata görə, siyasətçi “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin nizamlanması üzrə Moskva ilə danışıqları davam etdirir. Lakin Rusiya Silahlı Qüvvələrinin bu ölkəni bombalaması onun xoşuna gəlmir.
"Rusiya ilə danışıqlar aparırıq. Biz bunun dayandırılmasını istərdik. Mən bombardmanları heç sevmirəm. Amma bombalama prosesi elə hey davam edir",- deyə Tramp gileylənib.
Siyasətçi münaqişədə ağır itkilərə işarə edib və bir daha bəyan edib ki, əvvəllər prezident olsaydı, münaqişə başlamazdı.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural