“Azərbaycanın Ermənistanla sülh gündəliyinə dəstəyi müştərək prioritetləri qabağa aparacaq“

“Azərbaycanın Ermənistanla sülh gündəliyinə dəstəyi müştərək prioritetləri qabağa aparacaq“
04 İyl 2024 16:34

"Çin geosiyasi dağınıqlar arasında yeni dünya nizamını həyata keçirən qüdrətli dövlətdir."

Politoloq Aqşin Kərimov bunu News365-a açıqlamasında deyib.

"Azərbaycanla Çinin “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul etməsi rəsmi Bakı ilə Pekinin yeni dünya nizamında qarşılıqlı maraqlarını inkişaf etdirməyi, iqtisadi əməkdaşlıqları dərinləşdirməyi, təhlükəsizlik mühitinə ikitərəfli vahid yanaşmaları əks etdirir. 

Azərbaycanın “Vahid Çin” siyasətinə və Tayvanın hər hansı müstəqilliyinin yolverilməzliyinə dair sənəddə göstərdiyi mövqe və Pekinin Azərbaycanın Ermənistanla formalaşdırdığı sülh gündəliyinə dəstəyi müştərək prioritetləri qabağa aparacaq.

Bu onu deməyə şərait yaradır ki, artıq Azərbaycan regional siyasətindən kənara çıxan strategiyanı həyata keçirir. Bu, Çinin Asiyadakı maraq və gündəliyinə dəstəyi ifadə edən prioritetlər şəklində üzə çıxa bilər.

Çin isə Cənubi Qafqazda iqtisadi genişlənmə ilə yanaşı geosiyasi məsələlərdə rol alır və bu strategiyasını Azərbaycan üzərindən qurur. Proqnozlaşdırmaq olar ki, Çinin bölgədəki iqtisadi portfeli ilə yanaşı diplomatik-siyasi təsirləri genişlənəcək”,- deyə A. Kərimov əlavə edib.

Çin ölkələrin digər ölkələrin daxili siyasətinə qarışmaqdan çəkindiyi çoxqütblü dünya nizamını hədəfləyir.

Bu, Azərbaycanın maraqlarına cavab verən yanaşmadır və nəzərə almaq mütləqdir ki, daxili işlərə qarışmamaq barədə Bəyannamədə də əks olunub.

Çin həmin prizmalardan yanaşaraq başqa beynəlxalq aktorların Cənubi Qafqazdakı hegemonluq iddiaları önündə alternativlər yaratmağı hədəfləyə bilər. 

Pekinin belə gündəliyi Azərbaycana Ermənistanla sülh müqaviləsi layihəsini yekunlaşdırmaq və təhlükəsizlik arxitekturasını formalaşdırmaqda Çinin dəstəyini artıracaq."-deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər