HƏMAS hərəkatının mətbuat katibi Öldürüldü

HƏMAS hərəkatının mətbuat katibi Öldürüldü
27 Mar 2025 09:32

Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua İsrail zərbəsi nəticəsində Qəzza zolağının şimalında ölüb.

News365.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, əl-Qanua Cəbaliya şəhərindəki çadır düşərgəsinə zərbə zamanı ölümcül yaralar alıb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub. İsrail Baş naziri Binyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun danışıqlarda irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada