Avropa ölkələri və ABŞ sakinlərinin təxminən yarısı beş-on ildən sonra yeni dünya müharibəsinin başlayacağına inanır. Bununla bağlı sorğuda iştirak edənlər belə bir münaqişədə nüvə silahından istifadəni də istisna etməyiblər. Bu barədə Britaniyanın “The Guardian” qəzeti YouGov sorğusunun məlumatlarına istinadən yazıb.
"Beş Avropa ölkəsində - Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada sorğuda iştirak edən respondentlərin 41%-dən 55%-ə qədəri yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin olacağına inandıqlarını bildiriblər. Bu mövqedə olan amerikalıların faiz nisbəti isə 45-dir", - nəşr yazıb.
Nəşr yaxıb ki, ABŞ-da respondentlərin 45%-i bu fikri bölüşürsə, Böyük Britaniyada bu rəqəm 41, Fransada isə 55-dir.
Qeyd olunub ki, yuxarıda adı çəkilən Avropa ölkələri və ABŞ-də respondentlərin əksəriyyəti (68%-dən 76%-ə qədər) belə hesab edir ki, istənilən yeni münaqişə nüvə silahından istifadəni əhatə edəcək.
Sorğu YouGov tərəfindən 3-16 aprel tarixlərində keçirilib. Respondentlərin dəqiq sayı göstərilməyib.
Tural