42 illik əməyin qarşılığı 320 manat pensiya: Füzulidən şikayət

42 illik əməyin qarşılığı 320 manat pensiya: Füzulidən şikayət
16:20

Uzun illər əmək fəaliyyəti ilə məşğul olan və ömrünün böyük hissəsini uşaqların tərbiyəsinə həsr edən bir vətəndaş aldığı pensiyanın məbləğindən narazıdır. Onun sözlərinə görə, 42 il işləməsinə baxmayaraq, hazırda aldığı pensiya gündəlik ehtiyaclarını qarşılamaq üçün kifayət etmir.

News365.az xəbər verir ki, Füzuli rayon sakini Hüseynova Nazilə Əbdül qızı pensiya məbləğinin az olmasından şikayətçidir.

O, 1983-cü ildən Füzuli rayonunun Kərimbəyli kəndində yerləşən uşaq bağçasında çalışıb. 42 illik əmək fəaliyyətindən sonra pensiyaya çıxan vətəndaş hazırda cəmi 320 manat pensiya aldığını bildirir.

Nazilə Hüseynova uzun illər işləməsinə baxmayaraq, pensiyasının bu qədər az hesablanmasından narazıdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada