Zirzəmiyə yığılmış suya düşərək boğuldu

Zirzəmiyə yığılmış suya düşərək boğuldu
15 Apr 2025 11:26

Hacıqabulda qadın faciəvi şəkildə ölüb.

News365.az xəbər verir ki, hadisə şəhərin Ə.Vahid küçəsindəki fərdi evdə baş verib.

70 yaşlı Zenfira Əlişirin qızı Məmmədova yaşadığı evin zirzəmisinə yığılmış suya düşərək boğulub.

Evin zirzəmisinə yağış və qrunt sularının dolduğu bildirilir.

Mərhum ruhi xəstə olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada