"Zəngəzur dəhlizinin açılması İrana yaxşı qazanc verəcək"- Politoloq

"Zəngəzur dəhlizinin açılması İrana yaxşı qazanc verəcək"- Politoloq
17 Fev 2025 16:07

"Mümkündür ki, Rusiya İranı hansısa formada razılığa gətirə bilib ki, regional kommunikasiyaların açılması İranın öz maraqlarına da uyğundur."

Politoloq Zeynal Əmrəliyev bu fikirlərini News365.az-a şərh edib. 

"Rusiya və İran arasında bu mövzuda müəyyən razılaşma mühiti mövcuddur və Rusiya tərəfi də məhz buna istinad edərək bu cür açıqlamalar verir. Yəni, bunun mahiyyəti hələ dəqiq bilinmir. Ümumilikdə, Cənubi Qafqazda kommunikasiyaların açılması regionun inkişafına təkan verəcək və bu prosesdən İran da ciddi qazanc əldə edə bilər.

İranın Ermənistandakı səfiri Məhdi Sübhani keçirdiyi mətbuat konfransında bildirib ki, region ölkələri arasında yalnız İran Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini dəstəkləyir.

Tehran hesab edir ki, bu məsələ İranın milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla belə, ortaq yol tapmaq üçün müəyyən güzəştlərin edilə biləcəyini də istisna etmir."-deyə bildirib.


Sizin reklam burada
Sizin reklam burada