Makedoniyada bir şəhər, iki fərqli dünya – Skopyedən maraqlı görüntülər - VİDEO

Makedoniyada bir şəhər, iki fərqli dünya – Skopyedən maraqlı görüntülər - VİDEO
20:00

Makedoniyanın paytaxtı Skopye fərqli mədəniyyətlərin və həyat tərzlərinin bir arada yaşandığı şəhər kimi diqqət çəkir. Şəhərin ortasından keçən Vardar çayı Skopyeni sanki iki fərqli dünyaya ayırır.


Çayın bir tərəfində Avropa üslublu binalar, lüks restoranlar, kazinolar və bahalı avtomobillər, digər tərəfində isə məscidlər, türk dilində danışan insanlar və Osmanlı mədəniyyətinin izləri ilə qarşılaşmaq mümkündür.


Şəhərin digər diqqətçəkən xüsusiyyətlərindən biri isə küçə və meydanlardakı çoxsaylı heykəllərdir. Bununla yanaşı, Makedoniyada nisbətən aşağı maaşlara baxmayaraq, gündəlik yaşayış xərclərinin münasib olduğu bildirilir.


Ölkənin əsas problemləri arasında isə gənclərin daha inkişaf etmiş ölkələrə köçməsi, aşağı gəlirlər və dilənçilik problemi göstərilir. Buna baxmayaraq, Skopye və Ohrid sakit həyat, münasib qiymətlər və zəngin tarixi-mədəni mühit axtaran turistlərin diqqətini çəkir.


Sizin reklam burada
Sizin reklam burada