Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb

Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
22:40

Rusiyanın Arxangelsk vilayətində yük avtomobili, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə, 12 nəfər ölüb.

News365.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

“Üç avtomobil – “KamAZ” markalı yük maşını, mikroavtobus və minik avtomobili toqquşub. Hadisə nəticəsində 12 nəfər ölüb”, – məlumatda bildirilib.

Qəza Primorsk və Xolmoqorsk rayonlarının sərhədində baş verib.


Sizin reklam burada
Sizin reklam burada