Modi Rusiyaya səfər edəcək

Modi Rusiyaya səfər edəcək
17:50

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 24-cü illik Rusiya-Hindistan sammitində iştirak etmək üçün Rusiyaya səfər edəcək.

News365.az xəbər verir ki, bu barədə iki liderin görüşündən sonra Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Vladimir Putin Narendra Modini sammitdə iştirak etmək üçün Rusiyaya dəvət edib və Hindistanın Baş naziri dəvəti qəbul edib.

Sammitin keçiriləcəyi tarixlər qarşılıqlı razılaşma əsasında diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.

Qeyd edək ki, sentyabrın 11-də Narendra Modi Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində Vladimir Putinlə görüşüb. Görüş zamanı Hindistanın Baş naziri Rusiya liderinə “Thirukkural” kitabının rus dilində nəşr olunmuş nüsxəsini hədiyyə edib.

Vladimir Putinin Hindistana səfəri sentyabrın 11-dən 13-dək davam edəcək. Rusiya Prezidenti səfər çərçivəsində BRICS sammitində iştirak edəcək, BRICS Biznes Forumunun plenar iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.


Sizin reklam burada
Sizin reklam burada