"Zəngəzur Dəhlizi ilə bağlı Rusiya və İranın mövqeləri əslində üst-üstə düşmür. Çünki Zəngəzur Dəhlizi 2020-ci il bəyanatına əsasən açılmalı idi və Rusiya orada nəzarət etməli idi. Amma İran ilk gündən bu dəhlizin əleyhinə olub."
Siyasi şərhçi Ənvər Ağazadə bunu News365.az-a açıqlamasında deyib.
"Rusiyanın bu məsələyə yanaşması isə daha çox Ukrayna müharibəsindən təsirlənir. Hazırda Ukrayna ətrafında gedən proseslər Rusiyanın mövqeyini müəyyən qədər dəyişdirib.
Digər maraqlı məqam odur ki, rəsmi Moskva Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpası istiqamətində böyük işlərin görüldüyünü bildirir. Bu isə Rusiyanın Zəngəzur Dəhlizinin açılması ilə bağlı mövqeyində müəyyən dəyişikliklər etdiyini göstərir.
Məlumata görə, bu məsələlər Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupu səviyyəsində müzakirə olunur."