Türkiyəli aktyoru Yılmaz Ərdoğan sosial mediada gözlənilməz addımla üz-üzə qalıb.
News365.az xəbər verir ki, həm də rejissor və ssenarist olab şəxsin rəsmi "X" hesabını platforma rəhbərliyi müvəqqəti məhdudlaşdırıb.
Bu qərarın ardınca gözlər Yılmaz Ərdoğanın baş rol ifaçısı olduğu "Organize İşler: Karun Hazinesi" "Netflix" serialına yönəlib. Ekran işində əski türk inanc sisteminə və şamanizm mədəniyyətinə aid müqəddəs "kam davulu" simvolunun işlədilməsi sosial mediada kəskin narazılıq və müzakirələr doğurmuşdu. İddialara görə, hesabın bloklanması məhz həmin ictimai etirazlardan sonra istifadəçilərin göndərdiyi kütləvi şikayətlərlə bağlı ola bilər. pizza sifarişi
Buna baxmayaraq, hesabın dəqiq hansı qayda pozuntusuna görə bağlandığı rəsmiləşməyib. Hadisə ilə bağlı nə platforma rəhbərliyindən, nə də sənətçinin menecer komandasından hələlik rəsmi açıqlama verilməyib.