1977-ci ildə kosmosa buraxılan “Voyager 1” və “Voyager 2” aparatları insanlıq haqqında məlumatları özləri ilə kosmosa apardı.
News365.az xəbər verir ki, Onların üzərində yerləşdirilən qızıl disklərdə Yer kürəsinin səsləri, musiqilər, müxtəlif dillərdə salamlaşmalar və insan həyatını əks etdirən görüntülər barədə məlumatlar kodlaşdırılıb.
Bu layihənin əsas məqsədlərindən biri Yer kürəsindən kənarda mövcud ola biləcək ağıllı həyat formalarına insanlıq haqqında məlumat ötürməkdir. Disklər yadplanetlilərin onu tapacağına zəmanət verməsə də, bəşəriyyətin kosmosa göndərdiyi ən qeyri-adi mesajlardan biri hesab olunur.