ABŞ Prezidenti Donald Tramp Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-ın nəzarətinə verməyə razılıq verdiyini düşünür.
Bu barədə Donald Tramp Corciya ştatında keçirilən mitinqdə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.
“Yeri gəlmişkən, Danimarka əla davrandı. Onlar Qrenlandiyanı bizə verdilər”, – deyə o bildirib. Mitinq noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində təşkil olunub.
“Biz onları demək olar ki, havayı əldə etdik”, – deyə Tramp Qrenlandiya və Venesueladan danışarkən əlavə edib.