Azərbaycan Afrika qitəsi ilə əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir. Bizim Afrika ilə tarixi bağımız var. Sovet dövründə bir çox tələbələr Azərbaycanda oxuyublar və onlar öz ölkələrinin inkişafına töhfə verməyə davam edirlər.
News365.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.
“Onlar, həmçinin Afrika və Azərbaycan arasında humanitar əlaqələr də yaradırlar. Bizim Afrika ölkələri ilə münasibətlərimizi daha da inkişaf etdirmək niyyətimiz var”, - deyə H.Hacıyev əlavə edib.