Alimlər Günəşin enerji mənbəyini Yer üzündə yaratmağa çalışırlar

Alimlər Günəşin enerji mənbəyini Yer üzündə yaratmağa çalışırlar
19:00

Günəş milyardlarla ildir enerji istehsal edir.

News365.az xəbər verir ki, alimlər isə bu prosesin əsasını təşkil edən nüvə sintezini Yer kürəsində təkrarlamağa çalışırlar. 

Bu texnologiyada yüngül atom nüvələri birləşərək daha ağır nüvə əmələ gətirir və böyük miqdarda enerji ayrılır. Nüvə sintezi gələcəkdə elektrik enerjisinin istehsalında mühüm rol oynaya bilər. Tokamak adlanan xüsusi qurğularda plazma güclü maqnit sahələri vasitəsilə saxlanılır. Lakin reaksiyanı davamlı, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli şəkildə idarə etmək hələ də əsas texnoloji problemlərdən biridir.


Sizin reklam burada
Sizin reklam burada