Ukraynanın keçmiş prezidenti, Ali Radanın deputatı Petro Poroşenko Prezident Volodimir Zelenskinin müharibənin bitməsi ilə bağlı "qələbə planı"nı parlamentlə bölüşməyi tələb edib.
News365.az xəbər verir ki, Avropa Həmrəyliyi partiyasının sədri bu tələbi tribunadan çıxışı zamanı səsləndirib.
"Ölkə üçüncü böyük müharibəni yaşayır. Bunun necə bitməsi hamımızın həyəcanla gözlədiyi məsələdir. Ukrayna parlament ölkəsidir və Prezident də belə bir planı parlamentlə müzakirə etməlidir", - Poroşenko əlavə edib.