“Hazırda paytaxtda Rusiya hücumu nəticəsində 12 nəfər yaralanıb”.
News365.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib. O qeyd edib ki, yaralananlar arasında 10 və 12 yaşlı iki uşaq var:
“Doqquz yaralı xəstəxanaya yerləşdirilib”.
Milli Təcili Yardım Xidmətinin (DSNS) məlumatına görə, ali təhsil müəssisəsinə də ciddi ziyan dəyib. Dördmərtəbəli binanın fasadı və pəncərələri zədələnib.