Çin əsas texnologiyaların təxminən 90%-də liderdir.
News365.az xəbər verir ki, bu barədə ASPI-nin 2025-ci il üzrə Critical Technology Tracker hesabatında qeyd edilib.
Hesabata görə, Çin 74 əsas texnologiyanın 66-da lider mövqedədir. ABŞ isə cəmi səkkiz texnologiya sahəsində liderliyi qoruyub saxlayır.
Hesabatda süni intellekt, kvant texnologiyaları, qabaqcıl materiallar və müdafiə ilə əlaqəli sahələrdə Çinin sürətlə üstünlük qazandığı vurğulanır.