Zaqatalada zəncirvarı qəza: yaralılar var

Zaqatalada zəncirvarı qəza: yaralılar var
09:16

Zaqatalanın mərkəzində üç avtomobil toqquşub.

News365.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Şəhər ərazisində “Mercedes” markalı avtomobili əvvəlcə sərnişin daşıyan “Mercedes-Vito”, daha sonra “BMW” ilə toqquşub.

Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Polis Şöbəsində araşdırma başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada