Monika Belluççi və Vinsent Kasselin qızı Deva Kassel yarı şəffaf libasda öz fiqurasını nümayiş etdirib. "Puss Puss Magazine" bununla bağlı videonu İnstaqramda yayıb.
Xarici KİV-in yaydığı məlumata görə, 20 yaşlı Deva Kassel jurnalın yeni buraxılışı üçün çəkilib. Gənc model bir neçə fərqli geyim, o cümlədən qızılı fermuarlı qara şəffaf paltar geyinib. Moda mütəxəssisləri Devanın büstqalter taxmamasına da diqqət çəkiblər. Gənc qız qızıl bilərzik və sırğa ilə kamera qarşısına keçərək pozalar verib. Məşhur saç düzümü və təbii üslubda makiyajı ilə də diqqət çəkib.
Tural