Rusiyanın ən çox alkoqollu içkilər istifadə olunan bölgələri siyahısında yer almış Transbaykal bölgəsində spirtli içkilərin satışına məhdudiyyət qoyulub. Bu barədə “Chita.ru” nəşri məlumat yayıb.
Qanunvericilik Məclisi deputatlarının əksəriyyətinin qəbul etdiyi qanuna əsasən, kitabxana və mədəniyyət müəssisələrinin yanında və ya eyni obyektlərin yaxınlığında yerləşən mağazalarda spirtli içkilər satılmayacaq. Həmçinin, spirtli içkiləri pərakəndə satışda təklif edən şirkətlərin nizamnamə kapitalı 500.000 rubldan az olmalıdır.
“Alkoqol satışı ilə məşğul olan və çoxmənzilli binalarda yerləşən iaşə obyektlərinin eyvan və terrasları istisna olmaqla, minimum zal sahəsi 100 kvadratmetr olmalıdır”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, yeni tədbirlər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.
Tural