23 aprel 2025-ci il tarixində saat 00:05 radələrində 1989-cu il təvəllüdlü Nərmin Mehbalıyeva 40 həftə 3 günlük hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
News365.az xəbər verir ki, xəstəxanada ona zəruri tibbi müayinələr aparılıb və doğuşun konservativ-gözləyici taktika ilə idarə olunmasına qərar verilib.
Lakin saat 03:00 radələrində hamilənin səhhətində qəfil pisləşmə müşahidə olunub. Tibb heyəti tərəfindən aparılan təxirəsalınmaz reanimasiya tədbirlərinə baxmayaraq, həmin gün saat 03:26-da qadının vəfat etdiyi qeydə alınıb.
Hazırda ölüm faktı ilə bağlı müvafiq araşdırmalar aparılır, ilkin səbəbin müəyyənləşdirilməsi istiqamətində ekspertiza təyin edilib.