Məşhur Hollivud aktrisası Demi Mur dünyanın ən gözəl insanları siyahısına başçılıq edir. Hər il tərtib olunan siyahı "People" saytında dərc olunub.
Bu dəfə nəşrin yeni sayının "siması" 62 yaşlı Demi Mur olub. Jurnalın üz qabığında aktrisa qızıldan olan halqa sırğalar və bilərzikli halda poza verən fotosu yerləşdirilib. Stilist məşhurun saçlarını buruq, vizajist isə gümüşü göz kölgəsi, tuş və şaftalı rəngdə olan dodaq boyası ilə makiyaj edib.
Sənətçi nəşrə verdiyi müsahibədə görünüşünü necə qəbul etməsindən danışıb.
"Vücudumun keçdiyi və məni bu günə qədər gətirib çıxardığı hər bir şeyi daha çox dəyərləndirməyə başlamışam. Bəzən güzgüyə baxıb "Aman Tanrım, mən qocalmışam" və ya "Ah, üzüm qırışmış görünür" deyə düşünmürəm. Amma mən tam olaraq belə bir vəziyyətdə olduğumu qəbul edirəm. Mən onu da bilirəm ki, görünüşüm mənim dəyərimi və ya kim olduğumu müəyyən etmir",- Mur qeyd edib.
Tural