İstanbulda zəlzələ qeydə alınıb.
News365.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Zəlzələnin hiss olunduğu bildirilir.
AFAD-ın verdiyi açıqlamaya görə, Silivri bölgəsində Mərmərə dənizinin sahillərində 3.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin saat 12:13-də meydana gəldiyi və dərinliyinin 6.99 km olduğu ölçülüb. Kandilli Rəsədxanasının son paylaşımına əsasən, zəlzələnin gücü 4.0 olaraq açıqlanıb. Zəlzələ ətraf rayonlarda da hiss olunub.