Tovuzda polis narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünü müəyyən edib.
News365.az-ın məlumatına görə, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib.
Avtomobil dayandırılarkən sürücü Ə. Axundovun adekvat olmayan hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığından sürücü tibbi müayinədən keçirilib.
Bu zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanan materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.