Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variant tapıb

Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variant tapıb
14:55

Son günlər avtomobil bazarında durğunluq müşahidə olunur. Bu durğunluqdan ən çox avtomobil satışı ilə məşğul olan şəxslər gileylənirlər. Onlar alıcı azlığından şikayət edirlər. Bildirirlər ki, maşın bazarında alıcı yoxdur.

News365.az xəbər verir ki, əslində olan isə alıcıların azalması deyil.

Hazırda avtomobil almaq istəyən kifayət qədər şəxs var. Sadəcə alıcılar artıq "4 fara"nın 18 min manata satıldığ maşın bazarına getməyə ehtiyac duymur.

Əvvəllər maşın bazarındakı qiymətlər elan saytlarındakından qat-qat aşağı idi. Rayondan maşını gətirən şəxslər "əlimyandı qiymət"ə maşını satıb gedirdilər. Hazırda vəziyyət tam dəyişib. Maşın bazarındakı qiymətlər elan saytındakından daha bahadır.

Məlum məsələdir ki, hazırda Bakıda bəzi modellər var ki, qiyməti həddən artıq şişirdilir. Bunlar sırasında "Çeşka", "4 fara" və "Elantra" modelləri xüsusi yer tutur. Hansı ki, bu maşınlar artıq "qocalıb" və müasir texnologiyalar baxımından çox geridə qalır.

Artıq maşın satışında Instagram və Tiktok elan saytlarını belə geridə qoyub. Dəyərindən olduqca aşağı qiymətə təqdim olunan maşınlar sosial şəbəkələrdə yarım saata satılmaqdadır. Bu da maşın bazarının alıcılıq qabiliyyətini zəiflədən səbəblər sırasındadır.

Bundan əlavə, hər kəsin özü üçün avtomobil gətirə bilməsi də maşın bazarında durğunluğu yaradan amillərdəndir. Belə ki, şəxsi istifadə üçün gətirdiyi maşının bazardakından 2,3 min ucuz olduğunu bilən şəxslər heç maşın bazarına getməyə ehtiyac duymur.

Ümumilikdə isə Çin avtomobilləri Bakıya "ayaq açandan", xüsusilə də BYD destroyer və Changan a05 ölkəmizə gətiriləndən bütün ekonom maşınların bazarı ölüb. Çinin 22 min manata 0 km maşın sürmək imkanı yaratması digər avtomobillərin satışını alt-üst edib.


Sizin reklam burada
Sizin reklam burada