Adamlar həm Sabirə, Mirzə Cəlilə rəhmət oxuyur, "Ölülər" əsərini oxuyub filminə baxıb gülür həm də onların tənqid və rədd etdiyi mövhumata inanıb, xurafatı yaşadır...
Çox qəribədir! Demək o kişilər indi sağ olsaydılar onlara da kafir, mürtəd və zındıq deyib daşqalaq edərdilər, necə ki, sağlığında edirdilər.
Demək, həmin kütlə hələ də yerindədir. Seyid Əzimi qoca yaşında məscidin qapısında sıxıb öldürənlər indi də onun irsini, mövqeyini
daşlayır. Təhsili, mədəniyyəti, etikanı, tərəqqini deyil, xurafatı, cəhaləti, nağılbazlığı sevir, pərəstiş edir.
Quranlala yanaşı ilk oxuduğum Haqverdiyevin hekayələri, Sabirin "Hophopnaməsi", Cavidin əsərləri, Mirzə Cəlilin "Molla Nəsrəddin" toplusu olub. Oxuduqca onların hansı dövrdə, hansı hadisələrlə qarşılaşdıqlarını təsəvvür etmişəm, göz önündə canlanırmışam və müqayisə etmişəm. Görmüşəm ki, əslində Quranın tərənnüm etdiyini mollalar, ruhanilər, din adamları yox, əksinə bu dahi şəxsiyyətlər təbliğ ediblər.
Onların söylədikləri hər bir sözün, hər bir tənqidin Qurandan sübutunu göstərərəm!
Amma bu gün insanlar Quranın və o dahilərin göstərdiyi yolu və yolçularını daşlayıb söyüb təhdid, təhqir edirlər. Özləri isə nə Quranı oxuyub, nə də Sabiri, Mirzə Cəlili...
Heyf zəhmətinə o kişilərin...
Tural İrfan, ilahiyyatçı yazar