Tarixi London danışıqları uğursuzluğa düçar olacaq - "Spectator"

Tarixi London danışıqları uğursuzluğa düçar olacaq - "Spectator"
14:17

Londonda Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar Ukrayna prezidenti Vladimir Zelenskiyə görə qaçılmaz olaraq uğursuzluqla başa çatacaq. Bu fikirlər “Spectator”da dərc olunan məqalədəndir.


"Bu gün Londonda başlayacaq Ukrayna sülh danışıqları ilə bağlı bilməli olduğunuz bir əsas şey var: onlar uğursuz olacaq", - məqalədə yazılıb.

Məqalədə qeyd olunub ki, bu danışıqlar istənilən halda Ukrayna prezidentinin Krımı Rusiya ərazisi kimi tanımaq istəksizliyi ucbatından iflasa uğrayacaq.

Xatırladaq ki, aprelin 23-də Londonda ABŞ-nin Qərb müttəfiqləri ilə Ukraynada atəşkəsə dair danışıqları planlaşdırılmışdı. Lakin sonradan ABŞ dövlət katibi Marko Rubionun Böyük Britaniyaya tarixi səfərini ləğv etməsi məlum olub. Qərar ABŞ-nin Krımın Rusiya ərazisi kimi tanınmasına dair təklifi ilə əlaqələndiririlir. Belə ki, Krımla bağlı təklifləri rədd edən Volodimir Zelenskinin bəyanatları ABŞ-də birmənalı qarşılanmayıb. Məlumata görə Londonda ABŞ-ni digər rəsmilər təmsil edəcək.


Avropa xarici işlər nazirliklərinin rəhbərlərinin Ukrayna ilə bağlı danışıqlar aparmaq niyyəti bir neçə gün əvvəl açıqlanıb. Toplantıya Kiyevdən nümayəndələrin dəvət edilməsi də nəzərdə tutulmuşdu. Ehtimal olunurdu ki, konfransda digər məsələlərlə yanaşı, münaqişənin həlli məsələsi də müzakirə olunacaq. Xarici KİV-in yaydığı məlumata görə, hətta ABŞ öz sülh planını ultimatum şəklində təqdim etməyə hazırlaşırdı. Bura Krımın Rusiya ərazisi kimi tanınması da daxil idi.



Tural


Sizin reklam burada
Sizin reklam burada