Keçmiş prezident pul çatışmazlığından şikayətləndi - VİDEO

Keçmiş prezident pul çatışmazlığından şikayətləndi - VİDEO
13:16

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində diqqət çəkən fikirlər səsləndirib. O, ABŞ-dən maliyyələşməsində ciddi problemlə üzləşdiyini etiraf edib. Onların söhbətinin videosu VKontakte sosial şəbəkəsində yayımlanıb.


Kuznetsov və Stolyarov dialoqa başlayan zaman, özlərini şahmatçı və müxalifətçi Harri Kasparov kimi təqdim ediblər. Prankerlər məhz Kasparovun adından çıxış edərək maliyyə yardımı etməyə hazır olduqlarını bildiriblər. Onlar həmçinin ABŞ hökuməti tərəfindən hansı dəstəyə ehtiyac duyulduğunu öyrənmək istəyiblər. Zurabişvili etiraf edib ki, hazırda Gürcüstan müxalifət hərəkatı “kritik məqamda”dır.


"Birincisi, bunlar ümumilikdə media, xüsusən də regional media çətinlik çəkir. Onlar məhdud büdcələrlə işləməyə öyrəşiblər, lakin indi belə cüzi məbləğlər belə yoxdur. Onlar çox çətin vəziyyətdədirlər",- keçmiş prezident gileylənib.


Tural


Sizin reklam burada
Sizin reklam burada