Yuxarı Lars yenə bağlandı

Yuxarı Lars yenə bağlandı
28 Fev 2025 20:59

Gürcüstan-Rusiya sərhədinə (Yuxarı Lars keçid məntəqəsi) gedən yolda yüksək uçqun təhlükəsi ilə əlaqədar bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.


News365.az xəbər verir ki, Gürcüstan Avtomobil Yolları Departamentinin açıqlamasında bildirilir.


Xüsusilə, nəqliyyat vasitələrinin hərəkətinə qadağa Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində qüvvədədir.


Stepantsminda-Lars hissəsində nəqliyyatın hərəkətinə məhdudiyyət yoxdur.


Sizin reklam burada
Sizin reklam burada