Yüksək səsli musiqi ilə avtomobil idarə edən şəxs davaya səbəb oldu- Yaralananlar var

Yüksək səsli musiqi ilə avtomobil idarə edən şəxs davaya səbəb oldu- Yaralananlar var
19 Mar 2025 16:37

Gəncədə avtomobildə musiqiyə verilən səs kütləvi davaya səbəb olub. Nəticədə hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Tağı Arani küçəsində yerlışın binalardan birində  qeydə alınıb. “Niva” markalı avtomobilin sürücüsü maşını yüksək musiqi səsi ilə idarə etəməsi binada yaşayan bəzi sakinlərin narazlığına səbəb olub. Və tərəflər arasında dava düşüb. Hadisə nəticəsində 29 yaşlı Elşən Əkbərov, 19 yaşlı Nicat Verdiyev,20 yaşlı Murad Fətullayev və Mahmud  Qəhrəmanov müxtlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə şahidi Məlahət Musayeva  bildirib ki,  tərəflər arasında düşən mübahisə davaya çevrilib. Beləliklə ona irad tutulmasından narazı qalan sürücü avtomobili ona irad bildirən sakinlərin üzərinə sürüb:

“Uşaq gəldi binanın qarşısında dayandı. Musiqi ilə. Ona dedilər musiqinin səsini al. Dedi yaxşı eləyirəm. Bunlar əlini atıb musiqinin səsini alsınlar. Bu zaman o binadan uzaqlaşdı və qayıdıb uşağı vurdu”

Xəsarət alan şəxsin qardaşı Seymur Əkbərov maşının onun qardaşının üzərindən keçdiyini bildirib: 

“Mənə zəng elədilər ki, qardaşının üzərindən maşın keçib. Dedilər “Niva” markalı maşın. Girib binanın qabağına polnu musiqi. Deyiblər musiqinin səsini al. Burada yaşayış var, hərbiçi ailələr var. Bir də saxladıblar ki, sənə dedik olmaz axı. Dala-qabağa maşını qardaşımın üzərinə sürüb. Qardaşım təkərin altına düşüb. Hazırda xəstəxanadadır yatır.”

Xəstəxananın həkimi Rahib isgəndərzadə bildirib ki,  hadisə nəticəsində xəsarət alan Elşən Əkbərov və Mahmud Qəhramanovun vəziyyətinin ciddi olduğu bildirilir. 

 “Gecə saatlarında xəstəxanamıza 4 nəfər vətəndaş müraciət edib. Müayinədən keçdikdən sonra 1979-cu il travma şöbəsinə, 1996 cı il təvəllüdlü xəstə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdır”.

Məlumat üçün bildirək ki, iddialarla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Mələyə hüquqi qiymətin verilməsi üçün ekspertizalar təyin olunub. Həmin ekspertizaların rəyindən və araşdırmaların nəticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada