Türkiyədə yük maşını marketə çırpılıb, bir nəfər ölüb.
News365.az xəbər verir ki, kömür yüklü yük maşını idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin daxilindəki marketə çırpılıb.
Hadisə zamanı marketdə olan bir nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəza nəticəsində daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.