Ağcabədidə AĞIR QƏZA - Ölən var

Ağcabədidə AĞIR QƏZA - Ölən var
09:41

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi "Hyundai" markalı avtomobil, Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobillə toqquşub.
 

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, A.Bəylərovun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada