Tatarıstanın Aşağı Kamensk, Naberejnıye Çelnı, Yelabuga, Çistopol və Zainsk şəhərlərində pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı elan edilmiş təhlükə rejimi ləğv olunub.
News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.
Nazirlik adıçəkilən 5 şəhərdə PUA təhlükəsinin aradan qaldırıldığını bildirib.