“Məkkə müdafiə sazişi” nə vəd edir?

“Məkkə müdafiə sazişi” nə vəd edir?
09:46

Xəbər verdiyimiz kimi avqustun 7-də Səudiyyə Ərəbistanın       Məkkə şəhərində müsəlman dünyasının 3 böyük dövlətinin liderləri bir araya gəlib. Və regionda təhlükəsizliyin təmintı üçün saziş imzalayıblar.

Bəs bu saziş nə vəd edir?

Mövzu ilə bağlı danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, bu cümə günündə müqəddəs Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında “Məkkə müdafiə sazişi” imzalanıb:

“Bundan sonra üç ölkədən birinə silahlı hücum hamısına təcavüz hesab ediləcək. İki Müqəddəs Ocağın (Məkkə və Mədinə) Xadimi olan zəngin Səudiyyə Ərəbistanı, NATO-nun ikinci ən qüdrətli ordusuna malik Türkiyə və nüvə silahına malik Pakistan müsəlman dünyasının liderləridir. Allahın izni ilə onların arasındakı hərbii müttəfiqlik bütün İslam aləminin təhlükəsizliyinə və zəfərinə xidmət edəcək.

Nəhayət ki, müsəlman dövlətləri Böyük Allahın "Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar..." (Quran, 2:120) ayəsinə uyğun olaraq birləşir və yalnız biri-birinə güvənir. Müsəlmanın müsəlmandan başqa dostu yoxdur! Semit dil ailəsinə aid olan Səudiyyyə Ərəbistanını, türk dil ailəsinə aid olan Türkiyəni, Hind-Avropa dil ailəsinə aid olan Pakistanı qan, etnos, dil birləşdirmir, yalnız Uca Allahın Dini birləşdirir.

Bu sevindirici xəbərə ağız büzənlərə isə xatırladıram ki, ən ağır günlərimizdə bizə ən böyük dəstəyi də məhz bu üç ölkə verib. Məhz onlar sırf bizə görə Ermənistanla diplomatik əlaqələr qurmayıblar. Əsl qardaşlıq budur! Əsl qardaşlıq qan, etnos, dil və s. ilə olmur, dəyərlər üzərində, Allaha iman üzərində olur. Sözdə deyil, əməldə olur!

Allah bütün müsəlmanları, müsəlman ölkələrini qorusun, onları daha da mehriban və yekunda QALİB etsin!”.

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada