“Son 20-25
ildə dünyada ən çox manipulyativ mövzulardan biri “iqlim dəyişikliyi” idi –
insan övladının ekologiyaya vurduğu ziyanı araşdırıb qarşısını almaqdansa,
ekoloji problemləri həll etməkdənsə, dünyanı idarə edənlər insanlığın başını
“iqlim dəyişikliyi” şousu ilə qatmağa başladılar. İnsanlıq əlehinə nə varsa,
“iqlim dəyişikliyi” ilə mübarizə adı altında həyata keçirməyə başladılar –
zavorlar bağlandı, istehsal azaldı, mal-qaralara qarşı “səlib yürüşü” təşkil
edildi, insan sayının azaldılması təbliğ və təşviq edilməyə başlanıldı”.
Bu fikirləri
REAL Partiyasının sədri Natiq Cəfərli deyib.
O, bildirib
ki, dövlətlərin apardığı bu anti-insanı siyasətdə “aktivistlər” ciddi rol
oynayırdılar, dünyanın hər yerində savadsız, düşüncəsiz “gretatunbergləri”
tapıb, onlara böyük vəsait xərcləyərək öz iyrənc siyasətlərini həyata
keçirirdilər:
“Bütün
bunlar həm də ciddi ekoloji problemləri diqqətdən kənarda saxlamağa xidmət
edirdi – çünki, ekoloji problemlərin həlli insan ömrünü uzadardı, bu
“liboş-sola” isə insan lazım deyil.
USAID və digər
böyük sponsor fondlar bağlanan, ya da, zəifləyən, maliyyəsi kəsilən kimi
“aktivistlər” də buxarlandı, səsləri batdı.
Bu gün
Rusiyanın işğalçı müharibəsi, Ukraynanın öznü qorumaq üçün verdiyi kəskin
cavablar ekologi fəlakətlar yaradır, İran və körfəzdə baş verənlər, partlayan
bombalar, vurulan neft tankerləri, zəhərlənən dənizlər və su hövzələri, çirklənən
hava – bütün bunlar ciddi ekoloji problemlər doğurur. Amma, nədənsə, dünyada
“liboş-sol” media bunları görmür, “aktivistlər” isə, “iqlim dəyişir” deyib yaxa
cırmırlar. Çünki, onlar ideoloji deyildilər, sadəcə alət idilər – pulları ödənilən
alət.
Bu gün
Ukraynada partlayan bombalar, dağıdılan yaşayış yerləri, su anbarları, yanıb
külə dönən meşələr, ekoloji fəlakətdir – cavab olaraq Ukraynanın haqlı
addımları, Rusiya neftayırma zavodlarını dağıtması, Azov və Qara dənizdə 40-a
yaxın neft-mazut dolu gəmiləri vurub-batırması havanı çirkləndirir, dənizləri
öldürür. Amma, nədənsə, dünənə qədər ekologiya, iqlim deyib hayqıran
“gretathunberglər” buna etiraz etmir, sinələrinə döymürlər, sülh üçün
çalışmırlar.
Dünyanın
yenidən format olunması “sivil toplum” sektorunu da dəyişir-dəyişəcək. ABŞ, AB
ölkələri daha belə qeyri-effektiv və bahalı alətdən istifadə etmək istəmir,
çünki, bu alətin əsas funksiyalarından biri cəmiyyətlərdə “fikir mühəndisliyi”
idi – müsar dünyada bu rolu daha ucuz və effektiv “süni inttellekt” həyata
keçirir-keçirəcək. Ona görə də, sivil toplum öz orqanik ayarlarına geri dönməli,
vətəndaş cəmiyyəti VƏTƏNDAŞLARIN iştirakçılığını təmin etməlidir – daha sekta
kimi dar çevrəyə xidmət etməməlidir. Vətəndaş Cəmiyyəti könül işi olmalı, vətəndaş
öz vaxtını, öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir.
Bu günə qədər
olan formatda yalançı "vətəndaş cəmiyyəti" var idi, amma prosesin
özündə vətəndaş yox idi”.
News365.az