Türkiyə üçün Şengen zonasına YENİ ADDIM

Türkiyə üçün Şengen zonasına YENİ ADDIM
09:10

Avropa İttifaqı Türkiyə ilə viza rejiminin liberallaşdırılması üzərində işləyir.

News365.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 16 dekabr 2013-cü ildə başlayan proses çərçivəsində Türkiyənin yerinə yetirməli olduğu 72 meyar müəyyənləşdirilmişdi. İndiyədək 66 meyar tamamlanıb, 6 meyar isə uzun müddətdir gözləmədə qalıb.

8 avqust 2026-cı ildə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qalan 6 meyarla bağlı işlərin başladıldığını açıqlayıb.

Qalan meyarlar:

  • Terrorla mübarizə haqqında qanun
  • Şəxsi məlumatların qorunması
  • Korrupsiya ilə mübarizə
  • Mütəşəkkil cinayətkarlıq və Europol ilə əməkdaşlıq
  • Fundamental hüquqlar, azadlıqlar və məhkəmə-hüquq islahatları
  • Readmissiya Sazişinin effektiv şəkildə həyata keçirilməsi

Bildirilib ki, müzakirələr və proses tamamlandıqdan sonra Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız səfər edə bilməsi mümkün olacaq.


Sizin reklam burada
Sizin reklam burada