Yaylaq Festivalının sorağı niyə yayılmadı?

Yaylaq Festivalının sorağı niyə yayılmadı?
16:34

Məlum olduğu kimi ötən həftə Göygöldə V Milli Yaylaq Festivalı keçirilib. 

Festival Göygöl rayon icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Dünya Etnoidman Konfederasiyasının və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun təşəbbüsü ilə keçirilib.

Amma nədənsə festival heç bir əlamətdar hadisə ilə yadda qalmadı. Halbuki bu qədər dövlət və qeyri-hökümət təşkilatının qoşulduğu festival ən azından ölkəyə səs salmalıydı, nəinki Türk dünyasın. Çünki təşkilatdılar sırasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin də adı keçir.

Təbii ki, festivalın sönük və maraqsız təşkili ictimaiyyət tərəfindən birmənalı şəkildə qınanıb.

Məsələ ilə bağlı danışan jurnalist Günel Musa yazır ki, Yaylaq Festivalından maraqlı bir reportaj oxuyan oldumu? Varsa, şərhə atın, biz də oxuyaq:

“Bu festival 2019- cu ildən bəri keçirilir. Hər il eyni mənzərə: gedirlər, yeyib-içirlər, şəkil çəkdirirlər, paylaşırlar və qayıdırlar. Amma bir festivalın məqsədi yalnız görüntü yaratmaq deyil axı. Milli Yaylaq Festivalının konsepsiyasına görə əsas hədəf Azərbaycanın yaylaq və elat mədəniyyətini yaşatmaq, milli-mənəvi dəyərləri qorumaq, qədim adətləri, xalq sənətini, milli oyunları və etnoqrafik irsi nümayiş etdirməkdir. Yəni festivalın içində jurnalist üçün çoxlu mövzu var: yaylaq həyatının son daşıyıcıları,

çoban mədəniyyəti, aşıq sənəti, xalçaçılıq və əl sənətləri, unudulan peşələr;, milli oyunların tarixi, kənd insanının dəyişən həyatı. Bu ənənələrin gələcək nəsillərə ötürülməsi. Belə bir festival üçün yazı başğı atıram bura gələn il gedəndə lazımınız olar. “Bir gün yaylaqda: unudulan Azərbaycanın yaşayan muzeyi” .

 

News365.az


Sizin reklam burada
Sizin reklam burada