AZAL-ın təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlarla bağlı SON DƏQİQƏ MƏLUMATI

AZAL-ın təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlarla bağlı SON DƏQİQƏ MƏLUMATI
17:44

Ötən il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan qəhrəmanların adına marka buraxılacaq.

Bu barədə  qəzada həyatını itirən Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın atası Cəlil Əliyev məlumat verib.

CELİL.jpg (111 KB)

Onun sözlərinə görə, bununla bağlı dekabrın 24-də xüsusi tədbir keçiriləcək.

Cəlil Əliyev bildirib ki, dekabrın 25-də ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gedərək övladının anım gününü qeyd edəcəklər:

“Dekabrın 25-də Fəxri xiyabana gedəcəyik, övladımın ildönümündə yad edəcəyik. Biz digər iki heyət üzvünün ailəsindən fərqli olaraq il mərasimini dekabrın 29-da Gəncədə keçirəcəyik”.

Onun sözlərinə görə, dekabrın 19-u həlak olan heyət üzvlərinin yaxınları Aktau şəhərinə səfər ediblər.

“Dekabrın 21-də geri döndülər. Orada yaşayan soydaşlarımız qəza baş verən yerdə onların şəkillərini mərmər daşdan düzəldib asıblar. Mən özüm həmin yerə gedə bilmirəm, gedəndə pis oluram. Yayda isə Hökümənin həyat yoldaşı Etibar və ailəmiz orada olmuşdu”, – deyə C.Əliyev əlavə edib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında xarici fiziki müdaxilə nəticəsində qəzaya uğrayıb. Hadisə zamanı göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.

AZAL SON.jpg (163 KB)

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Sizin reklam burada
Sizin reklam burada