“Yarım saatlıq məclisə 8000 dollara qatılıram” - Adil Karaca

“Yarım saatlıq məclisə 8000 dollara qatılıram” - Adil Karaca
17 Mar 2025 19:45

Türkiyəli məşhur sənətçi Adil Karaca Bakıya nadir hallarda gəldiyini və tədbirlərdə iştirak üçün yüksək qonorar aldığını açıqlayıb.

News365.az xəbər verir ki, o qatıldığı bir televiziya verilişində aparıcının sualına cavab olaraq bu barədə danışıb.

"Mən Bakıya ara-ara gəlirəm. Yarım saatlıq məclisə 8000 dollara qatılıram. Çünki mənim yol xərclərim də var. Mən Bakıda yaşamıram. Bu qiymətə görə Bakıya az-az gəlirəm" – deyə Adil Karaca bildirib.


Onun bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər bu məbləği yüksək hesab etsə də, digərləri sənətçinin peşəkar fəaliyyətini və səfər xərclərini nəzərə alaraq bunu normal qarşıladıqlarını bildiriblər.



Sizin reklam burada
Sizin reklam burada