“Tramp son
günlər yenə Rusiyanın maraqlarına uyğun qərarlar verir. Ukraynadan Rusiyanın
neft emalı zavodlarını vurmamağı tələb edir, Rusiya dizelinə tətbiq olunan
sanksiyaları yumşaldır”.
Mövzu ilə
bağlı danışan iqtisadçı Eldəniz Əmirov
deyir ki, sadəcə, Tramp öz ölkəsindəki vəziyyəti və siyasi maraqlarını düşünür:
“ABŞ-də
dizelin qiyməti son bir ildə 67% artıb. Bu da sahibkarların xərclərini artırır,
əhali arasında narazılıq yaradır. Tramp dizel ixracını məhdudlaşdırmağı da nəzərdən
keçirdi, amma yerli neft sənayesi buna qarşı çıxdı.
İndi isə
Rusiyadan dizel almağa çalışır. Belə olan halda Ukraynanın Rusiya neft emalı
zavodlarını vurmasını niyə istəsin? Axı həmin zavodlar sıradan çıxarsa,
Rusiyanın yanacaq təchizatı da azalacaq.
Xatırlayaq
ki, bu ilin fevrallnda İrana hərbi zərbələrdən əvvəl də Vaşinqtonun mövqeyində
Rusiyanın maraqlarına uyğun yumşalma müşahidə olunurdu. İndi də oxşar mənzərə
yaranır.
Odur ki, 3
noyabrdan, yəni ABŞ-də aralıq seçkilərdən sonra İrana yeni hərbi zərbələr
endirilməsi ehtimalı var. Bu baş verərsə, neftin qiyməti fantastik hədlərə yüksələ
bilər. Qiymətlərin nə qədər yüksələcəyini və həmin səviyyədə nə qədər
qalacağını isə qarşıdurmanın miqyası, davametmə müddəti və enerji
infrastrukturuna dəyəcək zərər müəyyən edəcək”.
News365.az