Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı

Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:20

Gəncədə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb. 

News365.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilən şəxs teatrda mühafizəçi işləyir.

İlkin məlumata görə, onu 15 yaşlı yeniyetmə bıçaqlayıb.

Faktla bağlı araşdırma başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada