Ramiz Mehdiyevin şikayətinə baxılıb

Ramiz Mehdiyevin şikayətinə baxılıb
14:39

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib.

News365.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baş tutan iclasda şikayətin dəlilləri araşdırılıb, müvafiq vəsatətlər dinlənilib və ardınca iş baxışa verilib.

Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səsyazılarını yayıb.

Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.


Sizin reklam burada
Sizin reklam burada