News365.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, M.Həsənov küçəsində baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayıl Xanəli oğlu Mikayılzadə yaşadığı evin qarşısında olarkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, o, ürək çatışmazlığından ölüb.