Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının keçmiş rəhbərini danladı

Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının keçmiş rəhbərini danladı
13:54

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Armen Qriqoryanı İrəvanın Avropa İttifaqına (Aİ) qoşulmaqda tələskənlik göstərməsi ilə bağlı sözlərinə görə danlayıb.

News365.az-ın "Sputnik Ermənistan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Paşinyan brifinqdə çıxışı zamanı bildirib.

"Əgər Armen Qriqoryanın belə prinsipial mövqeyi var idisə, o zaman qanun layihəsi (Aİ-yə daxil olmaq) qəbul edildikdən sonra istefa verməli və bununla da öz narazılığını bildirməli idi", - deyə Ermənistanın baş naziri bildirib.

O, həmçinin xatırladıb ki, Qriqoryanın istefasından sonra ona başqa iş təklif edib, lakin o imtina edib.


Sizin reklam burada
Sizin reklam burada