Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti məlum olub.
Bu barədə informasiyanı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd yayıb.
Onun sözlərinə görə, Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb:
“5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib”. (Qafqazinfo.az)