Xalq artisti Flora Kərimova “Elgizlə İzlə” verilişində səsləndirdiyi fikirlərlə studiyada mübahisəyə səbəb olub.
News365.az xəbər verir ki, müğənni geyim, davranış və şəxsi keyfiyyətlər mövzusunda danışaraq bildirib ki, insanın, xüsusilə də gənclərin müəyyən dəyərlərə sahib olması vacibdir.
“Geyinməkdən, özünü aparmaqdan danışıram. Populyarlığın da keyfiyyəti var, qadının da, insanın da keyfiyyəti var. Mən qaynana kimi keyfiyyətsiz oğlana qızımı verməzdim. Hamımız keyfiyyət axtarırıq. Bizim milləti digər millətlərdən fərqləndirən də məhz bu keyfiyyətdir”, – deyə Flora Kərimova vurğulayıb.
Bu fikirlər studiyada iştirak edən müğənni Elza Seyidcahanın etirazına səbəb olub. İki sənətçi arasında sözlü mübahisə yaranıb. Gərginlik artdıqdan sonra Elza Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.
Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.